Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu dedi.
Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.
Azərbaycan Prezidenti və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundular.
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər