Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Puta qəsəbəsində yerləşən Salyan şossesi 22 ünvanı üzrə ərazi partiya təşkilatında (SOCAR Metanol MMC) YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər və ərazi partiya təşkilatları qarşısında duran vəzifələrlə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayının nümayəndəsi İlqar İlyasov bildirib ki, YAP-ın VIII Qurultayı partiyanın həm rayon təşkilatları, həm ərazi partiya təşkilatları, həm də üzvlərinin qarşısında yeni və mühüm vəzifələr müəyyənləşdirib. Qurultayın ölkəmiz üçün yeni mərhələdə keçirildiyini vurğulayan İlqar İlyasov Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda proqram xarakterli nitqində səsləndirdiyi fikirlərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə digər çıxış edənlər - SOCAR Metanol Zavodunun direktoru Xəqani Babayev, Salyan şossesi 22 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Anar Mustafayev və başqaları partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlət başçısının rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildiriblər ki, ölkəmizdə hökm sürən xalq-iqtidar birliyi YAP-ın VIII qurultayının irəli sürdüyü vəzifələrin həyata keçirilməsi üçün güclü zəmin yaradır və Azərbaycan neftçiləri bu vəzifələrin icrasında həmişə olduğu kimi bu dəfə də fəal iştirak edəcəklər.
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin fəaliyyətində əsas istiqamət olacaq
Agentlikdə korporativ mədəniyyət və etik davranış qaydalarına dair təlim keçirilib
Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçicilərlə görüşüb