Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda 25 nəfər qidadan zəhərlənib.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, iaşə obyektində qida qəbul edən şəxslərdə az sonra ürəkbulanma, qusma və qarınağrısı əlamətləri müşahidə olunub. Zəhərlənənlərdən 12-si şagirdlər, onların valideynləri və başqa sakinlərdir.
Zərərçəkənlər ətrafdakı xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
ABŞ Konqresinə Rusiya ilə dizel yanacağı müqaviləsini bloklayan sənəd təqdim edilib