17 oktyabr 2026 15:33
252

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.