Fransada oktyabrın 17-də kütləvi iğtişaşlar başlayandan bəri 2 513 nəfər saxlanılıb, onlardan 67-si həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen TF1 telekanalının efirində bildirib.
"2 513 saxlanılma, 67 nəfər həbs olunub", - nazir bildirib.
Limoj meriyası binasının yandırılmasını şərh edən Darmanen bildirib ki, yaxın vaxtlarda Fransanın Milli Antiterror Prokurorluğu insidentin araşdırılmasına qoşula bilər.
ABŞ Prezidenti: Putinlə Ukrayna üzrə danışıqları yarımçıq dayandırmaq istəmirəm