21 oktyabr 2026 11:06
130

“Turan” klubu Çempionlar Liqasına qələbə ilə başladı

 

Qadın voleybolçulardan ibarət “Turan” klubu 2026–2027-ci illər mövsümündə Çempionlar Liqasında mübarizəyə başlayıb. Turnirə 2-ci təsnifat mərhələsindən start verən təmsilçimiz ilk oyununu Tovuz OİK-də keçirib.
Tovuz klubunun rəqibi Xorvatiyanın “Mladost Zagreb” kollektivi olub. Qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Cütün cavab oyunu oktyabrın 29-da Xorvatiyada keçiriləcək.

CEV Çempionlar Liqası (2-ci təsnifat mərhələsi)
20 oktyabr 2026 (1-ci oyun)
“Turan” -”Mladost Zagreb” 3:0 (25:20, 25:16, 25:16) 

Ünvan: Azərbaycan, Tovuz, Tovuz OİK