Oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil edilib.
Mediaturun məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. “Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqları ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.
Mediatur iştirakçıları növbəti gün “Kiş” Tarix-Memarlıq Qoruğunda, o cümlədən Qafqazın ən qədim apostol məbədi sayılan Kiş Alban Məbədində də olublar. Onlara məlumat verilib ki, iki min il yaşı olan bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir.
"Kiş" Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnaz Rəsulova qeyd edib ki, məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir: "Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub. Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixini, mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir."
Gülnaz Rəsulova vurğulayıb ki, “Kiş” Tarix-Memarlıq Qoruğu nu (Alban məbədi) 2026-cı ilin yanvar-sentyabr aylarında, ümumilikdə 40 278 turist bilet alaraq ziyarət edib: "Onlardan 21 615-i yerli (53,66 faiz), 18 663-ü xarici (46,34 faiz) turistdir. 9 066 nəfər isə məbədi ödənişsiz ziyarət edib".
Orxan Vahidoğlu, "İki sahil"
Mətbuat Şurasından XƏBƏRDARLIQ: Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır