Mərkəzi Neftçilər Xəstəxanasında tibb heyətinin operativ müdaxiləsi nəticəsində ürək fəaliyyəti qəfil dayanan pasiyentə zəruri reanimasiya tədbirləri həyata keçirilib və onun vəziyyəti stabilləşdirilib.
“İki sahil” xəbər verir ki, 1976-cı il təvəllüdlü kişi pasiyentin xəstəxanada müayinəsinə başlanılmazdan əvvəl vəziyyəti qəfil pisləşib və ürək fəaliyyətinin dayanması (kardiak arrest) baş verib.
Tibb heyəti ürək-ağciyər reanimasiyası və döş qəfəsinin kompressiyaları daxil olmaqla təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirib.
Operativ və koordinasiyalı müdaxilədən sonra pasiyentAnesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabilləşdikdən sonra Kardiologiya şöbəsinə köçürülüb. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir, müalicəsi və tibbi nəzarət davam etdirilir.
Onu da qeyd edək ki, ürək-damar xəstəliyindən əziyyət çəkən və daha əvvəl kardioloji müdaxilə keçirmiş pasiyentxarici ölkələrin birində də müayinə və müalicə alıb. Lakin səhhətində gözlənilən yaxşılaşma əldə olunmadığından, müalicəsini davam etdirmək məqsədilə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.