Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynada müharibədən zərər çəkmiş uşaqlar üçün reabilitasiya tədbirləri həyata keçirilib. Xüsusi dəstək proqramı çərçivəsində Ukrayna Mərkəzinə səfər təşkil olunub. Görüş zamanı uşaqlara xüsusi diqqət və qayğı göstərilib. Azərbaycanın mədəni və tarixi irsi ilə tanış olmaları məqsədilə İçərişəhərə gəzinti təşkil edilib. Azərbaycan Milli Xalça Muzeyində isə uşaqlar üçün ekskursiya və müxtəlif ustad dərsləri keçirilib.
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva ukraynalı uşaqlarla zaman keçirib, onların gəzintisində iştirak edib.
Alyona Əliyeva bununla bağlı "Instagram" hesabında paylaşım edib.
“İki sahil” paylaşımı təqdim edir:
Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib VİDEO
Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib