23 oktyabr 2026 21:09
72

Qazaxda TIR belə yandı - ANBAAN VİDEO

Bakı-Qazax magistral yolunun Qazax rayonundan keçən hissəsində yük avtomobilində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı-Qazax magistral yolunun Qazax rayonundan keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1994-cü il təvəllüdlü Nəsrəddin Səfər oğlu Mehdiyevə məxsus DAF markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb. Xəsarət alan olmayıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.