Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində şəhərlərarası avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 22 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.
Qəza Uthal şəhəri yaxınlığında, Kvetta-Kəraçi magistralında baş verib. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.
Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib
Tramp: Ukraynanın “Starlink” sisteminə çıxışında problem varsa, onu həll edəcəyəm