26 oktyabr 2026 14:22
201

YAP Kürdəmir rayon təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilib

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Ərəbqubalı kənd”, “Xınıslı kənd” ,“ “Heydər Əliyev prospekti 12 A”  ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti  tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan  Qafarov, YAP Kürdəmir  rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli, ərazi partiya təşkilatlarının sədrləri və ərazi partiya təşkilatının üzvləri  iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli  çıxış edərək cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi nitqin əhəmiyyətindən danışıblar. Çıxışlarda Prezident İlham Əliyevin Qurultaydakı nitqində əksini tapan əsas müddəalara toxunaraq, ölkəmizin əldə etdiyi uğurların möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının və yerli təşkilatların üzərinə düşən vəzifələrdən danışılıb. Qeyd edilib ki, partiyanın gücü onun üzvlərinin birliyində, prinsipial mövqeyində və dövlətin strateji məqsədlərinin həyata keçirilməsinə verdiyi töhfələrdə ifadə olunur. Qeyd olunub ki, Qurultayda irəli sürülən vəzifələr hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üzvləri dövlətçilik prinsiplərinin qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaşların müraciətlərinə həssas yanaşılması və ölkəmizin gələcək inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.

Çıxış edən “Xınıslı kənd” ərazi partiya təşkilatının sədri Rüfət Nəsirov,  “Ərəbqubalı kənd” ərazi partiya təşkilatının sədri Mais Bayramov, Heydər Əliyev prospekti 12 A”  ərazi partiya təşkilatının sədri Məzahir Qasımov və Qurulyat nümayəndəsi Simuzər Bağıyeva    VIII Qurultayın əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu, partiya üzvlərinin məsuliyyəti və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bildiriblər. VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiqlik hər bir partiya üzvünün fəaliyyətində əsas meyar olmalıdır.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.