Torpaqlarımız işğal altında olduğu 30 il ərzində biz Azərbaycana qarşı yönəlmiş dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq.
“İki sahil” xəbər verir ki bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.
Prezidentin köməkçisi qeyd edib ki, CNN müddət əvvəl bölgədəki münasibətlərimizi poza biləcək çox təhlükəli bir məlumat dərc edib. “Bu, Azərbaycan əleyhinə yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi idi. Yəni təkcə jurnalistlər və peşəkar media deyil, həm də diplomatlar bu dezinformasiyanın hədəfi oldular”, - deyə Hikmət Hacıyev qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq
Prezidentin köməkçisi: Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır
Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik
Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir