26 oktyabr 2026 20:04
165

YAP-ın VIII Qurultayının müəyyən etdiyi vəzifələr Qaradağ rayonu Qobustan qəsəbəsində müzakirə olunub

Qaradağ rayonunun Qobustan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının N. Niftəliyev küçəsi massiv 4 ünvanında yerləşən Qaradağ Tibb Mərkəzi üzrə ərazi partiya təşkilatında partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, N. Niftəliyev küçəsi massiv 4 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qaradağ Tibb Mərkəzinin direktoru Elmira Rəfaelova, partiya üzvləri və fəallar iştirak ediblər.  

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzdə yerləşən büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin ehtiramla anılıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Elmira Rəfaelova Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi barədə ətraflı məlumat verib. Bildirib ki, dövlətimizin başçısının nitqində irəli sürülən məsələlər bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində çalışan partiya fəallarının qarşısında da mühüm vəzifələr qoyur və Qaradağ Tibb Mərkəzinin kollektivi bu vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaqdır.  Tədbirdə çıxış edən Qaradağ Tibb Mərkəzinin baş həkimi Zaur Qəribov qurultayın əhəmiyyətindən, YAP-ın ölkənin inkişafındakı aparıcı rolundan və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr, Prezident İlham Əliyevin qurultayındakı nitqində səsləndirilən mühüm istiqamətlər və partiyanın gələcək fəaliyyət prioritetləri barədə ətraflı məlumat verib. İlqar İlyasov, həmçinin partiyanın rayon təşkilatının fəaliyyəti, həyata keçirilən təşəbbüslər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb. Rayon təşkilatının sədri söyləyib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. İlqar İlyasov Prezident İlham Əliyevin qurultaydakı çıxışının siyasi əhəmiyyəti, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin qarşısında duran vəzifələr barədə geniş bəhs edib..

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən geniş bəhs edən rayon təşkilatını sədri ölkəmizin davamlı tərəqqisinin təmin olunmasının, milli maraqların qorunmasının və dövlətçilik ənənələrinin inkişaf etdirilməsinin partiyanın gələcək fəaliyyətində əsas istiqamətlərdən olduğunu vurğulayıb. Əmin olduğunu bildirib ki, Qaradağ Tibb Mərkəzinin kollektivi bu vəzifələrin həyata keçirilməsində yaxından və fəal iştirak edəcəkdir.