Vatikanın informasiya agentliyi olan "Vatican News"da erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər.
“İki sahil” xəbər verir ki, Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal Corc Ceykob Kuvakad Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin əsaslı dəlillər təqdim etməsindən sonra bu qərara gəlib.
Belə ki, bütün Qafqazın şeyxi son vaxtlar Vatikanın informasiya agentliyi olan "Vatican News"da bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığını bildirib və bununla bağlı əsaslı dəlillər təqdim edib.
Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini bildirən Kardinal Kuvakad problemin aradan qaldırılacağını vurğulayıb.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir