Türkiyənin paytaxtı Ankarada və 7 vilayətdə keçirilən əməliyyat zamanı əxlaqsızlıq və fahişəliyə təhrik edən məzmun paylaşdıqlarına görə onlarla insan saxlanılıb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu, Ankara Vilayət Polis İdarəsinin İctimai Asayiş Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində 7 vilayətdə keçirilən əməliyyatlar zamanı internetdə və sosial şəbəkələrdə əxlaqsızlığa və fahişəliyə təhrik edən paylaşım etdiklərinə görə müəyyən edilmiş 54 şübhəlidən 45-i saxlanılıb.
Məhkəmə əxlaqsızlıq cinayəti ilə bağlı 14 şübhəli haqqında həbs qərarı və 10 şübhəli haqqında məhkəmə nəzarəti qərarı çıxarıb.
Digər şəxslərlə bağlı istintaq davam edir.
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
İran Hörmüz boğazında təhlükəsizlik qaydalarını pozan gəmilərə xəbərdarlıq edib