Litva Seymində 2030-cu ildən müddətli hərbi xidmətə məcburi ümumi çağırışın tətbiq edilməsi haqqında qanunvericilik təşəbbüsü qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə düzəlişlərin müəlliflərindən biri, ən böyük müxalif mühafizəkar "Vətən İttifaqı - Litva Xristian Demokratları" partiyasının lideri Laurynas Kasçyunas bildirib.
"Bizim təşəbbüsümüzə əsasən, möhlət hüququndan istifadə etməyən və müəyyən ilin icmal siyahısına daxil edilən bütün hərbi mükəlləfiyyətlilər 2030-cu ildən məcburi müddətli xidmətə çağırılacaqlar", - deyə deputat qeyd edib.
Hazırda icmal siyahıdan yalnız təsadüfilik prinsipi əsasında kompüter proqramı tərəfindən seçilənlər və ya könüllü olaraq müraciət edənlər hərbi xidmət keçirlər.
Əlavə olaraq, mühafizəkarlar ali və digər təhsil müəssisələrini bitirdikdən sonra silahlı qüvvələrdə zəruri, lakin defisit sayılan ixtisaslara yiyələnən şəxslərin də xidmətə çağırılmasını təklif edirlər. Bu təşəbbüs qadınlara şamil olunmur; onlar hərbi xidməti yalnız könüllü əsaslarla keçə bilərlər.
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb