29 oktyabr 2026 09:40
120

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla bildirir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

6. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

7. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.