29 oktyabr 2026 10:26
100

Fuad Nağıyev: Asiya-Sakit okean regionu turizm baxımından ən dinamik və inkişaf edən regionlardan biridir

“PATA Hosted Buyers Summit Baku 2026”nın Bakıda keçirilməsi Azərbaycanın Asiya-Sakit regionu ilə əlaqələrin daha da möhkəmləndirilməsinə güclü sadiqliyini nümayiş etdirir. 2019-cu ildə PATA-ya üzv olduğumuz vaxtdan Dövlət Turizm Agentliyi Assosiasiya ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq qarşılıqlı faydalı çoxsaylı imkanlar yaradıb.

“İki sahil” xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində çıxışı zamanı deyib.

Fuad Nağıyev diqqətə çatdırıb ki, Asiya-Sakit okean regionu turizm baxımından ən dinamik və inkişaf edən regionlardan biridir.

“Bu regionun ölkələri ilə əlaqələrin daha da möhkəmləndirilməsi turizmin inkişafı üçün yeni perspektivlər aça, bilik mübadiləsini təşviq edə və bütün tərəflərə uzunmüddətli fayda gətirə bilər. Bu baxımdan, PATA regionla daha sıx əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayır.

PATA ilə tərəfdaşlığımız Assosiasiyanın əsas tədbirlərində fəal iştirakımızda da öz əksini tapır. Son illərdə Azərbaycan nümayəndə heyətləri Makaoda, İstanbulda və Koreya Respublikasında keçirilən PATA-nın illik sammitlərində iştirak ediblər. Bununla yanaşı, yerli turizm sənayesinin nümayəndələri ilə birlikdə Banqkokda və Kuçinqdə keçirilən “PATA Travel Mart” sərgilərində vahid milli stend altında Azərbaycanın turizm potensialını təqdim etmişik”, - deyə o əlavə edib.