Baş nazir Əli Əsədov Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etmək üçün oktyabrın 29-da Gürcüstana gəlib.
“İki sahil” xəbər verir ki, oktyabrın 30-da Siqnaxidə Əli Əsədov və İrakli Kobaxidzenin həmsədrliyi ilə Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Komissiyanın iclasında iki ölkə arasında iqtisadi, ticari, nəqliyyat, energetika, loqistika, eləcə də mədəni və humanitar sahələrə dair məsələlərin müzakirəsi nəzərdə tutulub. İclasın sonunda yekun sənəd imzalanacaq. Həmçinin, Baş nazirlərin təkbətək görüş nəzərdə tutulub.
Azərbaycan Hökumətinin başçısı Tbilisidə bəzi sosial obyektlərin açılışında da iştirak edəcək.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub