30 oktyabr 2026 12:07
243

ASA-nın İcraçı direktoru Türkiyənin Zəfər tədbirində iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru cənab Abas Miskərli Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Birol Akgünün xüsusi dəvəti ilə Türkiyə Respublikasının yaranmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edib, Türkiyənin ölkəmizdəki səfirinə səmimi təbriklərini bildirib.