Qazaxıstanda Aktau dəniz limanının giriş dəmir yolu xəttində yerləşən keçiddə “MAZ” markalı yük avtomobili teplovozla toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“İki sahil” “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinə (KTJ) istinadla xəbər verir ki, hadisə noyabrın 2-də mühafizə olunmayan və tənzimlənməyən dəmir yolu keçidində baş verib.
Yük avtomobilinin sürücüsü təxminən 5 kilometr/saat sürətlə vaqonsuz hərəkət edən teplovoza yol verməyib. Toqquşma nəticəsində lokomotivə ciddi texniki ziyan dəyib.
İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsinə sürücünün yol hərəkəti qaydalarını pozması səbəb olub. Hadisə barədə nəqliyyat polisinə məlumat verilib.
"Reuters": Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib