İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ ilə danışıqlar aparılması məsələsində hökumətə müəyyən səlahiyyətlər verib.
“İki sahil”in məlumatına görə, ISNA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, İran ölkənin üzləşdiyi çətinlikləri və böhranı xalqın dəstəyi ilə aradan qaldırmağa çalışır.
“Problemi dialoq yolu ilə həll etməyə çalışırıq. Bu məsələdə Ali Rəhbər hökumətə müəyyən səlahiyyətlər də verib”, – deyə Pezeşkian vurğulayıb.
Prezident İranın müharibə yolu ilə təslim edilə bilməyəcəyini bildirərək ölkəsinin qətiyyətlə dayanacağını qeyd edib.
O, həmçinin müharibənin heç kimə fayda vermədiyini və ölkənin mövcud çətinliklərdən çıxması üçün xalqın dözümlülüyünün artırılmasının vacibliyini vurğulayıb.
"Reuters": Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib