02 noyabr 2026 20:58
174

Polşanın BMT-dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Polşanın BMT-dəki səfiri Kşiştof Şerski təşkilatdakı diplomatik missiyasını başa çatdıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Vevyur "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Polşanın BMT-dəki səfiri Kşiştof Şerski xarici işlər naziri Radoslav Sikorskidən BMT-dəki diplomatik missiyasının müddətinin qısaldılmasını xahiş edib. Nazir Sikorski bu xahişi yerinə yetirib. Səfir Şerski missiyanı bu ay başa çatdıracaq", - Vevyur qeyd edib.