03 noyabr 2026 09:39
109

Almaniya altıncı nəsil döyüş təyyarəsinin hazırlanması layihəsində iştirakını araşdırır

Almaniya Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə həyata keçirdiyi altıncı nəsil döyüş təyyarəsinin hazırlanması üzrə GCAP (Qlobal Döyüş Hava Proqramı) layihəsində iştirak imkanlarını araşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Onun sözlərinə görə, qarşıdakı iki həftə ərzində Böyük Britaniya, İtaliya və Yaponiya nümayəndələri ilə Almaniyanın layihəyə qoşulmasının şərtləri müzakirə olunacaq.

Pistorius tərəflərin bu məsələ ilə bağlı ortaq razılığa gəlməyin mümkünlüyünü qısa müddətdə müəyyənləşdirmək niyyətində olduqlarını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya, İtaliya və Yaponiya 2022-ci ilin dekabrında altıncı nəsil döyüş təyyarəsinin hazırlanması barədə razılığa gəliblər. Layihədə “BAE Systems”, “Leonardo” və “Mitsubishi Heavy Industries” şirkətləri iştirak edir.