03 noyabr 2026 18:00
130

Tramp Netanyahu ilə razılaşdığını bəyan edib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə ilin sonundan etibarən təxminən 4 milyard dollarlıq illik hərbi yardımın dayandırılması barədə razılığa gəldiyini bəyan edib.

“İki sahil” "Ynet"ə istinadla xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz bu sazişi bir neçə ay əvvəl bağladıq və bu onları qane edir, çünki İsrail - çox uğurlu ölkədir. Onların yardıma ehtiyacı yoxdur və ilin sonundan etibarən biz yardımı dayandıracağıq", - Tramp deyib.

Bununla yanaşı, ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton ehtiyac yaranacağı təqdirdə İsraili dəstəkləməyə hazırdır: "Əgər buna ehtiyacı olarsa, biz İsrailə kömək edəcəyik. Onlar çox yaxşı müttəfiqlərdir".