04 noyabr 2026 10:10
111

Qırğızıstan və Tacikistan sərhədində ardıcıl zəlzələlər qeydə alındı

Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "24.kg" portalı Qırğızıstan Seysmologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.

Zəlzələnin episentri ölkənin cənubunda, sərhədyanı rayonda yerləşib.

Bildirilib ki, saat 03:44-də (Bakı vaxtı ilə 01:44-də) Qırğızıstan ərazisində 3,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb, saat 04:50-də (Bakı vaxtı ilə 02:50-də) isə Tacikistanla sərhəddə 4,5 maqnitudalı zəlzələ olub, episentri Oşdan 127 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar Özbəkistan ərazisində də hiss olunub.