04 noyabr 2026 11:31
117

Kimya İnstitutunda “Müasir materialşünaslıqda entropiyamühəndisliyi strategiyası” ustad dərsi keçirilib

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun təşkilatçılığı iləkimya elmləri doktoru, professor Məhəmməd Babanlının“Müasir materialşünaslıqda entropiya mühəndisliyi strategiyası” mövzusunda ustad dərsi keçirilib.

Tədbiri açan institutun direktoru professor Əfsun Sucayev ustaddərslərinin elmi bilik və təcrübənin gənc tədqiqatçılaraötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

O bildirib ki, institutda ustad dərslərinin ilk növbədə özalimlərinin iştirakı ilə təşkil edilməsi məqsədəuyğundur. Bugörüşlərdə elmi fəaliyyəti və tədqiqat nəticələri ilə tanınanalimlərin təcrübəsinin gənc tədqiqatçılarla bölüşdürülməsinəzərdə tutulur. Direktor gənc alimlərin öz sahələrini dərindənöyrənməsinin və elmi biliklərini genişləndirməsinin vacibliyinivurğulayıb.

Əfsun Sucayev ilk ustad dərsinin professor Məhəmməd Babanlıtərəfindən keçirilməsini onun zəngin elmi təcrübəsi və akademikfəaliyyəti ilə əlaqələndirib.

Daha sonra professor Məhəmməd Babanlı ustad dərslərinintəşkilini müsbət təşəbbüs kimi qiymətləndirib. O, görüşün gənctədqiqatçılarla elmi biliklərin paylaşılması və aktual məsələlərinmüzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Professor “Müasir materialşünaslıqda entropiya mühəndisliyistrategiyası” mövzusunda məruzə ilə çıxış edib. O, kimyəvi materialşünaslıqda termodinamik yanaşmaların tətbiqindən vəbu sahənin inkişaf istiqamətlərindən danışıb.

Məruzədə materialşünaslıqda termodinamik optimallaşdırmanınuzun müddətdir tətbiq olunduğu qeyd edilib. Müasir dövrdəmaterialların tərkibinin mürəkkəbləşdirilməsi və idarə olunmasıilə bağlı yeni yanaşmaların formalaşdığı, xüsusiləyüksəkentropiyalı funksional materiallara marağın kəskin artdığıvurğulanıb.

Ustad dərsi mövzu ətrafında müzakirələrlə davam edib.