04 noyabr 2026 09:44
415

Xankəndidə “Buta Farm” MMC-nin təşkilatçılığı iləödənişsiz tibbi müayinələr keçirilib

 

“Buta Farm” MMC-nin sosial məsuliyyət təşəbbüsüçərçivəsində Xankəndi sakinləri üçün ödənişsiz tibbi müayinəaksiyası təşkil olunub.

Oktyabrın 29–30-da “Buta Farm” MMC-nin təşkilatçılığı, Baku Medical Plaza və Xankəndi Tibb Mərkəzinin dəstəyi iləXankəndidə keçirilən aksiya çərçivəsində yerli sakinlərəmüxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib. Təşəbbüsün əsas məqsədi əhalinin sağlamlığının qorunmasınatöhfə vermək və xüsusilə həssas əhali qruplarına dəstəkgöstərmək olub.

İki gün davam edən aksiya yerli əhali tərəfindən böyük rəğbətvə aktivliklə qarşılanıb. Tədbir çərçivəsində peşəkar həkimheyəti tərəfindən vətəndaşlara müxtəlif istiqamətlər üzrəmüayinələr həyata keçirilib, onlara sağlam həyat tərzi vəprofilaktik tədbirlərlə bağlı zəruri məsləhətlər verilib.

Aksiyanın ən əhəmiyyətli sosial istiqamətlərindən biri həssasəhali qruplarına yönəlib. Sosial müavinət alan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinin üzvlərinə və ahılvətəndaşlara xüsusi “Buta Qayğı” kartı təqdim olunub.

Bu kart sahiblərinə “Buta” apteklər şəbəkəsindən dərmanvasitələri və tibbi ləvazimatları daha güzəştli şərtlərlə əldəetmək imkanı qazandırır. Sosial həmrəyliyin bariz nümunəsiolan bu təşəbbüs yerli sakinlər tərəfindən xüsusiminnətdarlıqla qarşılanıb. Eyni zamanda, aksiyada iştirakedən hər bir vətəndaşa xüsusi hədiyyələr təqdim olunub.

Tədbirin əhəmiyyəti barədə danışan “Buta Farm” MMC-nindirektoru Emil Məmmədov qeyd edib:

"Xankəndi şəhərində həyata keçirdiyimiz bu tibbi aksiyaxalqımıza, xüsusilə də həssas kateqoriyadan olansoydaşlarımıza diqqət və qayğımızın təzahürüdür. Baku Medical Plaza ilə birlikdə vətəndaşlarımızın sağlamlığınınqorunmasına töhfə vermək bizim üçün qürurvericidir. Təqdimetdiyimiz “Buta Qayğı” kartı isə veteranlarımızın, şəhidailələrinin və ahıllarımızın gündəlik həyatında onlara sosialdəstək olmaq məqsədi daşıyır. Bu cür xeyirxahtəşəbbüslərimiz bundan sonra da davam edəcək."

Aksiya çərçivəsində yüzlərlə sakinin sağlamlıq durumuyoxlanılıb, onların tibbi ehtiyaclarının qarşılanmasına dəstəkgöstərilib. Təşkilatçılar bölgədə bu kimi sosial layihələrindavamlı olacağını bildiriblər.

“Buta Farm” MMC haqqında

“Buta Farm” MMC Azərbaycanda fəaliyyət göstərənfarmasevtik və aptek şəbəkəsi yönümlü şirkətdir. Şirkətdərman vasitələrinin və tibbi məhsulların təqdim edilməsi, aptek xidmətlərinin təşkili və əhalinin sağlamlıq ehtiyaclarınınqarşılanması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda“Buta Farm” sosial məsuliyyət layihələrinə xüsusi önəm verirvə cəmiyyətin həssas qruplarına dəstək yönümlütəşəbbüslərdə aktiv iştirak edir.