04 noyabr 2026 13:26
134

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Vətən müharibəsində qazanılan şanlı Qələbənin 6-cı ildönümü ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qərara əsasən, noyabrın 6-8-də keçiriləcək turun bütün oyunlarından əvvəl Azərbaycanın Dövlət Himni səsləndiriləcək.