04 noyabr 2026 14:02
221

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

“İki sahil” xəbər verir ki,  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məluamat görə, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan vətəndaşı İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.