04 noyabr 2026 21:17
153

Hərəkət iştirakçılarının nəzərinə - AAYDA XƏBƏRDARLIQ EDİR

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq.

Bu barədəbə "İki sahil"ə AAYDA-dan məlumat verilib. 

Bildirilir ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.