Bu gündən Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivlərinə onlayn çıxış imkanı yaradılıb.
“İki sahil” xəbər verir ki, noyabrın 4-də “Nyitottaktak.hu” saytı fəaliyyətə başlayıb. Sayt vasitəsilə hər kəs qohumlarını, tanışlarını və ya keçmiş iş yoldaşlarını ad, doğum tarixi və ünvan üzrə axtara bilər. Saytın istifadəyə verilməsi Sovet İttifaqının 1956-cı il Macarıstan inqilabını yatırmasının ildönümünə təsadüf edib. Bu addım ölkənin hazırkı hökumətinin seçkiqabağı vədlərindən birinin yerinə yetirilməsidir.
Məlumat bazasında təxminən 55 min adın yer aldığı rəqəmsallaşdırılmış maqnit lentləri, 1957–1962-ci illərdə agent kimi cəlbedilmə reyestrləri (təxminən 25 min ad), eləcə də ətraflı məlumatları əks etdirən forma 6 kartları mövcuddur.
Tarixçilər xəbərdarlıq edirlər ki, şəxsin adının məlumat bazasında yer alması onun “xəbər çatdıran” olması anlamına gəlmir. Təqibə məruz qalmış şəxslərin hüquqlarını qorumaq məqsədilə agentlərin məlumatları dərc edilməyəcək.
2027-ci il fevralın 25-dək agent kimi cəlbedilmə ilə bağlı 9 mindən çox şəxsi işin dərc olunması nəzərdə tutulur. Məlumatların açıqlanmasının doğura biləcəyi nəticələrlə bağlı məsələləri araşdırmaq üçün tarixçilərdən, sosioloqlardan və psixoloqlardan ibarət komissiya yaradılıb.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib