"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə beşinci oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, H qrupunda Bolqarıstanın "Lokomotiv" kollektivinin qonağı olan "ağ-qaralar" 72:76 hesabı ilə məğlub olublar.
Oyun Plovdiv şəhərində keçirilib.
Xatırladaq ki, "Neftçi" qrupda keçirdiyi əvvəlki dörd görüşdə məğlub olub. Komanda "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78, Latviyanın VEF kollektivinə 94:110, "Oradya"ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır