05 noyabr 2026 09:46
140

Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası təşkil olunub.

“İki sahil” xəbər verir ki, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına dəstək məqsədilə keçirilən aksiyada Konfederasiyanın, üzv və tabe təşkilatların əməkdaşları, həmkarlar ittifaqlarının üzvləri, AHİK könüllüləri iştirak ediblər.

Aksiya çərçivəsində əraziyə ağaclar əkilib, yaşıllıqlara qulluq göstərilib.