05 noyabr 2026 22:57
126

Dığanın öz arşını

Günün nəbzi

...Və erməni yalına hürən zatıqırıq Zatulinin söz arşını

Bu günlərdə feysbuk sosial şəbəkəsində Gagik Elbakyan adlı erməni  dığasının öz aləmində sensasiya kimi qiymətləndirdiyi  2 dəqiqəlik bir videopaylaşımına rast gəldim. Əvvəlcə “əşi, ermənidir də, yəqin  xislətlərinə uyğun olaraq növbəti dəfə Azərbaycana çamur atır” deyib  səhifəni qapatmaq istədim. Lakin üzdəniraq bloggerin videonun  manşetinə çıxardığı “Konstantin Zatulin Azərbaycanın Rusiyadakı agentlərinin adlarını açıqladı”  başlığını oxuduqdan sonra fikrimdən vaz keçdim. Bəs, görəsən bir qayda olaraq ona həvalə edilmiş ermənilərin sadiq tulası rolunu məharətlə oynayan və bu kontekstdə qatı anti-Azərbaycan mövqeyi ilə seçilən Rusiya Dövlət Dumasının ştatlı  deputatı (yeri gəlmişkən, sentyabrın 18-20-də IX çağırış Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyasının xətti ilə növbəti dəfə bu əbləhə mandat hədiyyə edilib) yenə nə çərənləyib?

Ondan başlayım  ki, Gagik adlı dığa zatıqırıq Zatulinin sərhəd və ədəb-ərkan tanımayan absurd sayıqlamasını öz izləyicilərinə əsl erməni xislətinə uyğun xüsusi təmtəraqla, nə qədər qəribə görünsə  də lirik musiqi sədaları altında təqdim edir.  Belədə görəsən yeri gəldi-gəlmədi özünü böyük rus xalqının müasir “intellektual kəsimi”nin ”öndə gedən nümayəndəsi” adlandiran, əsl həqiqətdə isə həyasızlıq, abırsızlıq mücəssəməsi olan Zatulin soyadlı əhləbi növbəti dəfə deputat mandatına sahibləndikdən dərhal sonra ermənilərin qarşısında quyruq bulamağa nə vadar edib? Sual ritorik deyil və cavabı çox sadədir: Ona bu mandatın peşkəş edilməsində əvəzsiz xidmətləri olan erməni lobbisinə “ayı xidməti” göstərmək, hətta özünün yüksək intellektual səviyyəli soydaşlarına çamur atmaq hesabına onların sadiq tulası olduğunu növbəti dəfə sübut etmək. 

İndi gəlin,  baxaq görək üzdəniraq bloggerin öz izləyicilərinə sevincək təqdim etdiyi, zatıqırıq Zatulinin erməni cəmiyyətinə, xüsusilə onun revanşist kəsiminə yeni bir  “ayı xidməti”nin   təzahürü olan  cəfəng iddiasında, başqa cür ifadə etməli olsaq “söz arşını”nın növbəti ölçüsündə nələr uydurulur. Bu zatıqırıq əbləh utanıb-qızarmadan erməni ağalarının xeyir-duası ilə tərtib edib  Rusiya cəmiyyətinə sırımaq istədiyi “agent nağılı”ında müasir rus ictimai-siyasi kəsiminin yüksək intellektual səviyyəli, geniş erudusiyalı, dərin  analitik təfəkkürlü nümayəndələrini- Mixail Qusmanı, Sergey Markovu və İqor Karotçenkonu Azərbaycanın Rusiyadakı agentləri adlandırır. Heç bir konkert fakta, dəlil-sübuta əsaslanmadan Rusiya xüsusi xidmət orqanlarına çağırış edir  ki, bəs deməzsən, həmin şəxslər uzun illər Azərbaycandan aldıqları yüksək məbləğdə maliyyə vəsaiti hesabına bu ölkəyə agentlik edirlər. Təcili surətdə onlar haqqında qəti tədbir görmək lazımdır.

Erməni yalına hürən zatıqırıq Zatulinin absurd  iddialarının davamı ilə tanışlıqdan sonra bir daha  yəqinlik hasil edirsən ki, iki dünya bir olsa da  beləsinin nə vaxtsa islah olunması  mümkün deyil. Görün dünyanın supergüclərindən biri olan  Rusiya kimi dövlətin parlamentində hakim partiyanı təmsil edən bu erməni marionetkası Azərbaycanın ünvanına daha sonra nə çərənləyir: “Siz Qarabağı aldınız, indi orada hərbi parad keçirməkdənsə susub sakitcə oturun yerinizdə. İkinci Qarabağ müharibəsində kiçik “artsax”a  qarşı dünyanın 5 aparıcı dövləti vuruşurdu. Bu dövlətlər “artsax”ı  alıb Azərbaycana hədiyyə etdilər. Burada hərbi parad keçirməyin nə mənası var?”

Bax, belə! Abırsızlığın, həyasızlığın həddi-hüdudu olmazmış. İndi siz deyin, hörmətli oxucular, belə bir absurdddan da absurd nağıl düzüb-qoşan yaramazın ən qatı erməni daşnakından fərqi varmı? Şübhə etmirəm ki, cavabınız birmənalı olacaq: əlbəttə, yox. Yeri gəlmişkən, erməni sevgisi su içdiyi qaba tüpürməkdə tayı-bərabəri  olmayan bu zatıqırığın gözünü o dərəcədə tutub ki, utanıb-qızarmadan “kiçik “artsax”a qarşı  dünyanın 5 aparıcı dövlətinin vuruşduğunu” iddia edir. Çox güman ki, bu nağılı uydurarkən vətəndaşı olduğu, nəhayət,  ali  qanunverici orqanında təmsil olunduğu Rusiyanı da həmin ölkələr sırasına qatır. Bəli, bəli, heç kimin buna şübhəsi olmasın. Bir məxluq ki, doğulub boya-baya çatdığı, havasını udub çörəyini yediyi ölkəni, onu adam eləyib adamlar sırasına qatan gürcü xalqını  hər addım başı təhdid edə, beləsindən vətən, millət  təəssübü çəkməyi gözləmək olarmı? Zatıqırıq Zatulin kimilər üçün vətən, xalq anlayışı özlərinin arşını, indiki halda qabaqlarına atılan sümük və yalın həcmi ilə  ölçülür.

Şübhəsiz, çağdaş Rusiya siyasətinin üzqarası olan Zatulin üçün rus elitasının və  cəmiyyətinin onun haqqında nə düşünmələri əsas ölçü meyarı deyil. Bu əbləh üçün əsas ölçü meyarı hər dəfə Azərbaycanın ünvanına daha bərkdən hürüb ağaları qarşısında quyruq buladıqdan sonra erməni cəmiyyətinin daşnak təfəkkürlü, qisas hissi ilə alışıb-yanan revanşist kəsiminin “molodes, sobaka” deyib içiboş başını tumarlaması, “sadiq sobaka”sının qabağına atdığı sümüyün və yalın həşmini artırmasıdır.  Bu baxımdan yuxarıda qeyd etdiyimiz sayıqlamalarının tərifini  əldəqayırma bloggerin, necə deyərlər, göyün yedinci qatına qaldırması zatıqırıq Zatulini gələcəkdə daha ucadan  hürməyə “ruhlandıracacağı” şübhəsizdir. Gəlin, görək erməni dığası “rus ayı”sına hansı məzmnunda “bəy tərifi” ünvanlayır: “Azərbaycanlılara  satılmayan, onların ələ ala bilmədikləri yeganə adam Konstantin  Zatulindir (bu üzdəniraq bloggerin dediklərindən belə çıxır ki, Rusiyada Zatulindən başqa, hətta hakimiyyətin ən yüksək eşolonunda yer alanlar da daxil olmaqla bütün ictimai-siyasi fiqurlar hamılıqla Azərbaycana satılıblar-Ə.Q.) . Bu adam həmişə həqiqəti deyir. Azərbaycanlıların onu  satın almaq, bu da baş tutmadıqda qorxutmaq, hədələmək  istiqamətində bütün cəhdləri puça çıxıb və bundan sonra da çıxacaq. Çünki adı böyük hərflərlə yazılmağa layiq olan, sovet tərbiyəsi görmüş Zatulin sözünə sadiq, həmişə həqiqətin yanında olan adamdır. Sağ olun, yoldaş Zatulin.”

Erməni xislətinə uyğun olaraq hər şeyi öz arşını ilə ölçməyə adətkərdə olan bu özündən müştəbeh dığaya deyən lazımdır ki, azərbaycanlılar siz xəbis niyyətli haylardan fərqli olaraq heç kimi satın almır. Kimisə satın almaq istəsə belə  su içdiyi qaba tüpürməkdə tayı-bərabəri olmayan Zatulin kimi cındır əski parçasına  heç bir qəpik də verməz. Belə abırsız, həyasız, insanlıqdan kənar tipi  yalnız siz daşnak xislətli haylar satın ala bilərsiniz. Necə ki, almısınız. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfərə sənin  “yoldaş Zatulin”in uydurduğu hansısa mücərrəd 5 dövlətin köməyi ilə deyil, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli  Ordusunun qəhrəmanlığı, bir də ki, haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanaraq nail oldu. Məhz haqqa-ədalətə, beynəlxalq hüquqa söykəndiyinə görə bütün dünyada, o cümlədən bu gün sənin ünvanımıza kin-küdurət, nifrət püskürdüyün Ermənistanda heç kim Vətən müharibəsində tarixi Qələbəmizə kölgə sala bilmədi! Və əmin ol, bundan sonra zatulinlərlə ağız-ağıza verib gecə-gündüz dayanıb-durmadan hürsəniz də kölgə sala bilməyəcəksiniz! Məşhur Azərbaycan zərb-məsəlində deyildiyi kimi, yel qayadan nə aparar ki...

P.S. Nikol Paşinyan hökumətinin “persona non-qrata” elan etdiyi Zatulin, yuxarıda qeyd etdiyimiz kimi, əldəqayırma bloggerin “bəy tərifi”ndən “ruhlanaraq” bu günlərdə növbəti dəfə üzünü Azərbaycan tərəfə tuturaq ucadan hürüb. Qapıdan qovanda pəncədən girən, pəncərəni qapadanda isə şişman bədənini bacadan içəri pərçim edən bu  zatıqırıq Moskvadakı MDB İnstitutunda “Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masadakı çərənləməsində “Qarabağın itirilməsi”ni ermənilərin “milli faciəsi” kimi xarakterizə edib. Bununla ürəyi soyumayan əbləh Bakı həbsxanalarında cəza çəkən erməni separatçı-terrorçuları üçün timsah göz yaşları axıdıb: “Mənim mahiyyət etibarilə əsir götürülmüş dostlarım və məsləkdaşlarım indi həbsdədirlər və Azərbaycan məhkəməsi tərəfindən məhkum ediliblər. Mənim üçün bu, şəxsi faciədir.” Rusiya kimi nəhəng bir dövlətin ali qanunvericilik orqanında komitə sədrinin müavini kimi yüksək vəzifə daşıyan, parlamentdə bu ölkənin hakim partiyasını təmsil edən zatıqırıq Zatulin  əlləri  on minlərlə günahsız  azərbaycanlıların qanına batmış terrorçu-separatçıları “dostlarım və məsləkdaşlarım” adlandırmaqla, onların Azərbaycan həbsxanalarında layiqli cəzalarını çəkmələrini “şəxsi faciəsi” hesab etməklə, əslində, özünün terrorçu xislətini növbəti dəfə ortaya qoyub. Bu qədər sadə!..

Əhməd Qurbanoğlu, “İki sahil”