07 noyabr 2026 14:18
177

Zəfər Günü öncəsi Bərdədə şəhidlərin xatirəsi anıldı

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Aparatının kollektivi  8 noyabr Zəfər bayramı öncəsi "Şəhidlər Xiyabanı"nda olub,  mülki şəhidlərin xatirəsinə salınmış Guşəni ziyarət edib.

“İki sahil” xəbər verir ki, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi ilə birlikdə Zəfər Günü öncəsi "Şəhidlər Xiyabanı"nda uyuyan həm Birinci Qarabağ müharibəsi şəhidlərini, o cümlədən həm Azərbaycanın Milli Qəhrəmanları olan şəhidlərin, o dövrün itkin olan şəhidlərinin, həm də Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, əziz xatirələrinə ehtiramlarını bildiriblər. Təşkilatın sədri Faqət Şadlinskaya  bildirmişdir ki, Müzəffər Lider və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan bütün Zəfərlərin və Qələbələrin mərkəzində Azərbaycan xalqının birliyi, güclü Ordumuzun, canlarından keçmiş şəhidlərimizin və qazilərimizin igidlikləri, qəhrəmanlıqları dayanır. Bildirmişdir ki, ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin dediyi kimi, biz Zəfərimizi şəhidlərimizə, qazilərimizə borcluyuq. Xalqımız və dövlətimiz öz şəhid oğullarının xatirəsini daim əziz tutur. Ölkəmizdə onların ailələri  diqqət və qayğı mərkəzindədirlər.  

YAP Bərdə rayon təşkilatının kollektivi daha sonra Vətən müharibəsi zamanı Ermənistanın mülki əhalini hədəf alaraq Bərdəyə atdığı "Smerc" tipli raket bombaları nəticəsində həlak olmuş bütün mülki şəhidlərin xatirəsinə salınmış Guşəni ziyarət edib, önünə tər güllər düzərək xatirələrinə ehtiramlarını bildiriblər.