Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Aksiyaya rəhbərlik edən Əmək Partiyasının sədri və prezidentin xüsusi müşaviri Səid İqbal birliyə çağırıb.
Sabiq prezident Coko Vidodoya sadiqliyi ilə tanınan keçmiş polis rəisi də daxil olmaqla, hüquq-mühafizə orqanlarının dörd yüksək rütbəli nümayəndəsi Subiantonun danışıqlarını ələ keçirməyə cəhd işi üzrə şübhəli şəxs elan edilib.
"Reuters"in qiymətləndirməsinə görə, qalmaqal Subianto ilə onu əvvəllər dəstəkləyən sələfi arasında dərinləşən fikir ayrılıqlarını üzə çıxarıb.
Eyni zamanda Cakartada yüzlərlə qadın dövlət başçısının siyasətinə qarşı yürüşdə iştirak edib. Onlar qadın hüquqlarının genişləndirilməsini tələb edib, davam edən meşə yanğınlarına qarşı mübarizə tədbirlərindən, vergidən narazılıqlarını bildiriblər.
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb