07 noyabr 2026 18:55
151

MPL: "Şəfa" - "Araz-Naxçıvan" yarışında qollu bərabərlik

Misli Premyer Liqasının XI turunda "Şəfa" "Araz-Naxçıvan" komandası ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, "SOCAR Polymer Arena"da keçirilən autsayderlərin oyununda qalib müəyyənləşməyib - 2:2.

"Şəfa"nın qollarını Bafode Dansoko (6) və Arsen Ağcabəyov (39) vurublar. "Araz-Naxçıvan"ın heyətində isə Ağadadaş Salyanskiy (35) və Mohamed Mara (43) fərqləniblər.

"Şəfa" 5 xalla turnir cədvəlində onbirinci sırada yer alıb. 4nxala malik "Araz-Naxçıvan" isə sonuncu - onikincidir.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.