08 noyabr 2026 10:03
125

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşılıb.

"Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq", - paylaşımda qeyd olunub.