09 noyabr 2026 12:20
102

Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçirilib

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Ocaq Sport” klubunda Xüsusi Olimpiya proqramı çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçirilib.

Yarışda atletlərimiz müxtəlif proqramlarla çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin keçirilməsində məqsəd əqli imkanları məhdud şəxslərin idmana cəlb olunması, fiziki bacarıqlarının inkişafı və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir. Belə yarışlar atletlərin özünəinamının artmasına, yarış təcrübəsi qazanmasına və yeni dostluqlar qurmasına şərait yaradır.

Yarışın sonunda iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.