09 noyabr 2026 15:42
130

Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Paytaxtın Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.