Əbu-Dabidə (BƏƏ) keçiriləcək danışıqlarda Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə yekun sazişdə təsdiqlənə biləcək prinsiplərin razılaşdırılması ilə məşğul olacaqlar.
“İki sahil” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üçtərəfli danışıqlarda Rusiya və Ukrayna tərəflərinin, eləcə də bütövlükdə regionun təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
"Hazırkı danışıqçıların prezident (ABŞ, Donald) Trampın tapşırığı ilə danışıqların gündəliyində ön plana məhz kollektiv təhlükəsizlik məsələlərini çıxarmağı təklif etməsi, əlbəttə ki, yalnız alqışa layiqdir. Ortaq mövqe bundan ibarətdir ki, danışıqlar münaqişənin tam həlli üzrə danışıqların sonunda təsdiqlənəcək prinsiplərin razılaşdırılmasına həsr olunub", - o bildirib.
Üçtərəfli görüşün noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılıb.