AMEA Nəsimi adına Dilçilik İnstitutunun kitabxana fondu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müraciəti əsasında filialın kitabxana fonduna 500 nüsxə kitab hədiyyə olunub.
“İki sahil” xəbər verir ki, təşəbbüsün əsas məqsədi tələbələrin elmi biliklərinin artırılması, mütaliə mədəniyyətinin inkişafın, həmçinin elmi ədəbiyyatdan istifadə imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüs elmi biliklərin təbliği, təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi və gənc nəslin maariflənməsi baxımından əhəmiyyət daşıyır.
Kitablar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının kitabxana fondunun zənginləşdirilməsinə, tələbələrin mütaliə imkanlarının genişləndirilməsinə, elmi dünyagörüşünün formalaşmasına və intellektual inkişafına mühüm töhfə verəcək