20 noyabr 2026 15:05
94

Badamdardakı sürüşmə genişlənib, əhaliyə ərazini tərk etmələri tövsiyə olunub

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə səbəbindən əhaliyə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Səbail İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində sözügedən ünvanda sürüşmə prosesi yenidən aktivləşmiş, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb:

"Prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır. Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilmiş və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub".