Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər, dost Mavritaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Estoniya texnologiyaları Azərbaycanın "yaşıl" transformasiyasına töhfə verə bilər - Marqus Tsahkna
Ceyhun Bayramov: Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir