Rusiya hərbçiləri soyuqların yaxınlaşması fonunda enerji obyektlərinə və digər kritik infrastruktura zərbələr endirirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, ötən həftə ərzində Rusiya qoşunları Ukraynaya 1960-dan çox zərbə pilotsuz uçuş aparatı, 1600-dən çox idarəolunan aviabomba və səkkiz raket atıb.
Ukrayna lideri Ukrayna səmasını qorumaq üçün yenidən dəstəyi artırmağa çağırıb.
"Dəstəyin daha çox olması üçün hər gün çalışırıq. Əlavə maliyyə və müdafiə paketləri - ilk növbədə, HHM-in gücləndirilməsi - xilas edilmiş həyat deməkdir. Kömək edən hər kəsə minnətdaram", - Zelenski vurğulayıb.
Ağ Evin rəsmisi: Çinə süni intellekt sahəsində uduzmaq ABŞ üçün ciddi problem olacaq
Kevin Hassett: Süni intellekt yarışmasında Çinə məğlubiyyət Amerika iqtisadiyyatı üçün dağıdıcı ola bilər
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Rusiya daxili tələbatı ödəyə bilmək üçün yanacaq idxalını artırmağı planlaşdırır