29 noyabr 2026 20:57
207

Albaniyada etiraz aksiyası zamanı xəsarət alanların sayı 61-ə çatıb

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyası zamanı baş verən iğtişaşlar nəticəsində xəsarət alanların sayı 61 nəfərə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Albaniyanın Səhiyyə və Sosial Rifah Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, tibbi yardım üçün müraciət edənlər arasında polis əməkdaşları, aksiya iştirakçıları, jurnalistlər, təhlükəsizlik xidmətlərinin nümayəndələri və deputatlar var.

Hazırda beş nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında bir polis əməkdaşı, iki etirazçı, bir jurnalist və yoldan keçən şəxs var. Digər şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Yerli polisin məlumatına görə, iğtişaşlarla əlaqədar 31 nəfər saxlanılıb. Onlardan 12-si barəsində həbs qətimkan tədbiri seçilib, 19 nəfər isə inzibati məsuliyyətə cəlb olunub.

Qeyd edilib ki, saxlanılan şəxslər müxtəlif əşyalardan istifadə edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, nəqliyyatın hərəkətinə mane olub və ictimai əmlaka ziyan vurublar.

Xatırladaq ki, noyabrın 28-də, Albaniyanın Müstəqillik Günü münasibətilə Tiranada keçirilən hökumət əleyhinə etiraz aksiyası polislə toqquşmalara çevrilib. Nəticədə onlarla insan xəsarət alıb.