05 fevral 2016 21:57
3334

Heç kim bunu etməzdi

Motosikletlə yollarda şou göstərənlər haqda tez-tez xəbər təqdim edirik. Oxşar hadisələrdən biri də Türkiyənin Ankara şəhərində qeydə alınıb. Magistral yolda motosiklet üzərində təhlükəli manevrlər  yerinə yetirən gənc sadəcə özünün yox, qəza şəraiti yaratmaqla ətrafdakıların da həyatını təhlükə altına atıb.

Yolda hərəkətdə edən başqa bir avtomobildə olan sərnişin tərəfindən lentə alına görüntülərdə sürücünün motosiklet üzərində akrobatik hərəkətlər göstərdiyi əks olunur. O, gah əlini sükandan çəkir, gah da motosiklet üzərinə uzanaraq elə bu vəziyyətdə də yoluna davam edir. Digər sürücülər bir neçə dəfə siqnal verərək motosiklet sürücüsünə xəbərdarlıq etməyə çalışsa da, səyləri nəticəsiz qalır.

Xoşbəxtlikdən motosiklet üzərində uzanaraq yol qət edən sürücü heç bir qəza törətməyib. Lakin polis artıq həmin gəncin şəxsiyyətini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.