09 sentyabr 2019 12:11
172

88-ci İzmir Beynəlxalq Sərgisi

İzmir şəhərində “İzmir Beynəlxalq Sərgisi” fəaliyyətə başlayıb.

Bu il 88-ci dəfə keçirilən tədbir İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilib. Bildirilir ki, “Atatürk Mədəniyyət Parkı”nda baş tutan tədbir sentyabrın 15- dək davam edəcək.

Sərgidə müxtəlif ölkələrin firmaları, eləcə də məhsulları nümayiş olunur. Tədbirin xalqlar arasında mədəni və ticari əlaqələrin qurulmasına, həmçinin mövcud iqtisadi əməkdaşlığın təşviqinə dəstək verəcəyi bildirilir.

Xəbəri “Haberimport.com” verib.